Kiçik analitik

  • ProSol QSC
  • Elanın qoyulma tarixi: 06.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

1. İnformasiya sistemləri, İT sahəsi və biznes risklərini anlamaq və tətbiq etmək;
2. Verilən tapşırıqları düzgün yerinə yetirmək;
3. İT auditi üzrə Beynəlxalq standartlar, Beynəlxalq Audit yanaşması (IAA), ISACA/COSO -nun audit üzrə təlimatları haqqında biliklərin artırılması;
4. NIST, COBIT, ITIL və ISO 2700x standartlarını bilmək;
5. Rəhbərlikdə/ layihə nəzarətində menecerə kömək etmək;
6. Sənədlərin dəstəyi ilə layihələrin idarə edilməsində iştirak;
7. Ən yaxşı nəticələrə nail olmaq üçün daxili qlobal resurslardan/ materiallardan, beynəlxalq standartlardan istifadə və PROSOL metodologiyalarının tətbiqi;
8. Müştəri heyəti və layihə komandası ilə birbaşa ünsiyyət;
9. Müştərinin/ layihənin müxtəlif məsələləri üzrə məsul rəhbər / menecerə yardım.
10. Layihə planına uyğun olaraq eyni zamanda bir neçə layihənin üzərində işləmək bacarığı

Tələblər:

1. Ali təhsil / gözlənilən dərəcə (Tətbiqi riyaziyyat, İqtisadi kibernetika, Kompüter elmləri sahəsində olanlara üstünlük verilir)
2. İnformasiya sistemlərinin, eləcə də, PC-əsaslı proqramlarında səriştə;
3. Tətbiqlərin, interfeyslərin, sistem infrastrukturunun, məlumatların emalı və ümumi texnologiya idarəetmə elementlərinin auditi sahəsində təcrübə
4. Ofis proqramları ilə işləmək bacarığı: MS Excel, MS Word, MS Power Point, Outlook
5. Azərbaycan, ingilis dillərində əla yazılı və şifahi ünsiyyət bacarıqları. Rus dili arzuolunandır
6. Bir çox vəzifələri eyni zamanda həll etmək üçün plan imkanı
7. Diqqət və analitik düşünmə bacarığı
8. Qoyulan vaxt çərçivəsində və təzyiq altında işləmək bacarığı,
9. Öz təşəbbüsü və komandanın bir hissəsi kimi işləmək bacarığı
10. Əla təqdimat, həmçinin, hesabatların yazılması da daxil olmaqla, ünsiyyət bacarıqları

Bundan əlavə, biz təklif edirik:

- Fəaliyyətə əsasən artan əmək haqqı;
- Şəffaf karyera yolu;
- Təlim və inkişaf proqramlarının geniş mövcud olduğu şərait;
- Beynəlxalq yönümlü müxtəlif layihələrdə iştirak etməklə peşə vərdişlərinin daha da inkişaf etdirilməsi imkanları.

Müraciət üçün son tarix: 30.09.2021

Müraciətlərinizi, vakansiya başlığını mövzu bölümünə qeyd etməklə [email protected] e-mail adresinə göndərə bilərsiniz. Həmçinin, şirkətimiz barədə ətraflı məlumatı yenilənmiş www.prosol.az ünvanından əldə edə bilərsiniz.

İşəgötürənin reytinqi