Digital Marketinq mütəxəssisi

  • Superfon
  • Elanın qoyulma tarixi: 01.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə min. 3 il

Vəzifə öhdəlikləri:

1. Rəqəmsal marketinq strategiyasının hazırlanması;
2. Bütün növ digital platformalarda fəaliyyət və online satış işində iştirak;
3. Müxtəlif digital kanallar vasitəsilə reklam kampaniyalarını idarə etmək və optimallaşdırmaq;
4. Sayt və online satışla bağlı digər platformalar ilə işləmək;
5. Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi.

Tələblər:

1. Ali təhsil
2. Azərbaycan dilində səlis danışma və yazma qabiliyyəti;
3. İngilis və Rus dili bilikləri üstünlükdür;
4. Analitik və yaradıcı düşünmə qabiliyyəti;
5. Marketinq və reklam kampaniyalarının yaradılmasında iş təcrübəsi;
6. Sosial Media üçün yaradıcı kampaniya təkliflərini təqdim etmək;
7. Sosial media - Facebook, Instagram, Tiktok və Google platformalarında sərbəst iş bacarığı;
8. Facebook Business manageri, Google Ads, Tiktok ads’i ətraflı bilməli - SEO və SEM, email marketinq işində təcrübə;

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Korporativ mobil nömrə.

Əmək haqqı: 600-900 azn aralığı.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Digital Marketinq mütəxəssisi” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 30.09.2021

İşəgötürənin reytinqi