İnsan resursları üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

• İnsan Resursları departamentinə səlahiyyətində olan sənədlərin tərtibi və icrası (işə qəbul prosesində lazım olan sənədlər, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,);
• Açıq olan vakansiyaların elanı;
• Müsahibələrin aparılması;
• Hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
• İşçilərin icbari sığortasının aktivləşdirilməsinə nəzarət;
• İşçilərin davamiyyət uçotunun aparılması;
• İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
• İşə qəbul olunmuş əməkdaşların adaptasiya prosesinin icrası;
• İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması;
• Filiallarda çalışan işçilərin işə davamiyyəti və sənədləşmə prosedurunun tənzimlənməsi;
• Biznesin təkamülü üçün müxtəlif fəaliyyətlər arasında insan ehtiyyatlarının paylaşdırılmasını optimallaşdırmaq.

Namizəd üçün tələblər:

• Ali təhsil;
• 23-35 yaş arası xanımlar;
• Xarici dil bilikləri: Azərbaycan, Rus dili, İngilis dili;
• Uyğun sahə üzrə ən az 2-3 il təcrübə;
• AR Əmək Məcəlləsi biliyi;
• Komandada işləmək və idarəetmə bacarığı;
• Namizəd pozitiv, ünsiyyətcil, intizamlı, nitq mədəniyyəti və yüksək təqdimat bacarığı malik, şəxsi inkişafa meyilli olmalı;

Şirkət təklif edir:

• Əmək haqqı 800-1000 AZN (müsahibə əsnasında müəyyən olunacaq)
• İş qrafiki - 6 gün saat 09:00-dan 18:00-dək
• Peşəkar böyümə və inkişaf
• Əmək məcəlləsinə uyğun sənədləşmə

Qeyd: Namizədlərdən mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə öz cv-lərini [email protected] e-poçt ünvanına göndərmələrini xahiş edirik.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəkdir.