Kreditlərin monitorinqi bölməsinin mütəxəssisi

  • Bank BTB
  • Elanın qoyulma tarixi: 30.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

1. Kredit memorandumlarının yoxlanılması;
2. Cari kreditlərin monitorinqinin həyata keçirilməsi;
3. Kredit portfelinə dair hesabatların hazırlanması;
4. Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumatın verilməsi və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələrin verilməsi

Namizədə tələblər:

∙ Ali təhsil (İqtisadiyyat, maliyyə);
∙ Bank sahəsində 2 il, biznes kreditləri sahəsində 1 illik iş təcrübəsi;
∙ Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və ya Rus dili biliyi;
∙ MS Office (Word, Excel) proqramları üzrə yüksək biliklər;
∙ Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi sənədlər üzrə biliklər;
∙ Analitik təhlil qabiliyyəti;
∙ Stress altında işləmə qabiliyyəti, müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 30.09.2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kreditlərin Monitorinqi bölməsinin Mütəxəssisi) göstərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi