Strategiya və araşdırmalar şöbəsinin mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 30.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

1. Cəmiyyətin inkişaf strategiyasının tərtib edilməsinə iştirak etmək;
2. Şirkətin strateji planlarının hazırlanmasında iştirak etmək;
3. Strateji planın monitorinqi zamanı struktur bölmələrdən rüblük əsasında təşəbbüslərin icrası ilə bağlı və strateji ƏFG-lərin hesablanması üçün zəruri olan məlumatlar toplanılmaq və təhlil etmək;
4. Strateji planın monitorinqi zamanı nəzərdə tutulmuş nəticələr faktiki nəticələr ilə müqayisə etmək;
5. Planlaşdırma məqsədləri ilə sığorta bazarı, sığorta məhsulları və rəqib sığorta şirkətləri barədə kompleks araşdırmalar və təhlillər aparılmasında köməklik göstərmək;
6. Daxili və xarici istifadəçilərə təqdim etmək üçün şöbənin fəaliyyətinə aid məlumat və nəzarət xarakterli hesabatların hazırlanmasında iştirak etmək;
7. Simulyasiya modellərinin hazırlanmasında iştirak etmək;
8. Qüvvədə olan təlimat və qaydalara əsasən şöbəyə dair sənədlərin operativ və keyfiyyətli hazırlanmasını, onların icrasını və şöbə daxilində kargüzarlığın aparılmasını iştirak etmək;
9. Öz işlərinin effektiv və keyfiyyətli aparılmasını təmin etmək məqsədilə şirkətin digər struktur bölmələri ilə əməkdaşlıq etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: Strategiyanın hazırlanması, tədbiqi, monitornqi sahələri üzrə 1 il iş təcrübəsi.
Təhsili/ixtisası: Maliyyə, Biznes, Riyaziyyat, İqtisadiyyat ixtisasları üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla , Rus dili:orta
Üstünlüklər: DipIFR sertifikatın olması
Kompüter bilikləri: MS Excel:əla , MS Office:əla , MS Outlook:əla , MS PowerPoint:əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, təsir göstərmə, planlaşdırma.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi