Baş mexanik

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

• Baş mexanik vəzifəsinə ali ixtisas təhsili olan, ixtisası üzrə ən azı 5 il iş təcrübəsinə malik şəxs təyin olunur.
• Layihə çərçivəsində aparılan tikinti obyektlərində mexaniki işlərin keyfiyyətli və səmərəli şəkildə aparılmasının təşkil edilməsinə nəzarət etmək;
• Tikinti təşkilatının rəhbərləri və aparıcı mühəndisləri ilə mütamadi şəkildə təmasda olmaq, onlar ilə görüşlər keçirmək, podratçı təşkilatların müəyyən edilməsində, həmçinin layihənin tələblərinə uyğun olaraq müasir material və avadanlıqların seçilməsində yaxından iştirak etmək;
• Vaxtaşırı olaraq tikinti obyektlərində mexaniki işlərə baxış təşkil etmək, qüsurlar aşkar edildiyi təqdirdə, tikinti təşkilatlarına onların operativ və düzgün şəkildə aradan qaldırılmasını izah etmək, lazımı məsləhətlər vermək və işlərin düzgün şəkildə təşkil edilməsi istiqamətində bilik və bacarığını əsirgəməmək;
• Mexaniki avadanlıq və cihazların texniki cəhətdən düzgün və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə quraşdırılmasını təmin etmək;
• Əməyin və ətraf mühitin mühafizəsinin təşkil edilməsi istiqamətində ardıcıl olaraq işlər aparmaq və bunlara riayət edilməsini tikinti təçkilatlarından tələb etmək;
• Verilmiş tapşırıqları vaxtında yerinə yetirməlidir.

Tələb olunan peşə-ixtisas səviyyəsi:

• Ali təhsil;
• Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
• Azərbaycan, ingilis və rus dillərini yazılı və şifahi surətdə əla bilmək;
• AutoCAD, MS Office kompüter proqramlarını bilmək;
• İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
• Yaxşı şəxsiyyətlərarası və ünsiyyət bacarıqları.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə) [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

ATKİNS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən digər vakansiyalar