Direktor köməkçisi

  • Araz Supermarket
  • Elanın qoyulma tarixi: 26.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Rəhbərin qəbulunda olmaq üçün müraciət edən şirkət əməkdaşlarının, iş adamlarının, qonaqların qeydiyyatını aparmaq və direktorun qəbul cədvəlini hazırlamaq;
- Şirkət rəhbərliyinə ünvanlanmış bütün sənədlərlə tanış olub, icrası aid olan aidiyyatı struktur bölmə rəhbərinə yönləndirmək;
- Tələblərə cavab verən sənədləri vaxtlı-vaxtında rəhbərə çatdırmaq;
- Rəhbərin ölkədə və ya xaricdə keçiriləcək seminarlara, treninqlərə, sərgilərə və ya hər hansı bir toplantıya dəvətnamə və şifahi dəvət olunduğu barədə dəqiq məlumat toplamaq, təhlil etmək və nəticələr barədə rəhbəri məlumatlandırmaq;
- Rəhbərə lazım olan müvafiq məlumatların operativ olaraq aidiyyatı struktur bölmələrindən toplanmasını təşkil edib bu sənədləri vaxtında rəhbərliyə təqdim etmək;
- Görüş təyin olunmuş qonaqlar və əməkdaşlara əvvəlcədən müvafiq qaydalar (reqlament) barədə məlumat vermək və ona riayət etmələrini xahiş etmək.

Tələblər:

- Ali təhsil;
- İş təcrübəsi müvafiq sahədə ən azı 1 il;
- Yüksək səviyyədə MS Office bilikləri;
- Dil bilikləri (Rus və İngilis dili səlis);ç
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Direktor köməkçisi” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected][email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi