Vəzifənin rolu:
Bu vəzifənin rolu müştərilərə xidmət göstərmək və məhsulların satışını həyata keçirməkdir.
Vəzifə öhdəlikləri:
• Satış vitrininin təmizliyinə və anbar, menyudakı məhsulların mövcüdluğuna cavabdeh olur
• Məhsulların satışının həyata keçirir və ödəniş əməliyyatlarını icra edir
• Brendin standartlarına uyğun olaraq müştərilərə xidmət edir
• Həftənin günlərindən asılı olaraq məhsulları düzgün miqdarda və çeşidlərdə sifariş edir
• Brendin standartlarına uyğun olaraq məhsulları təqdim edir
• Malların FiFo (birinci alınan birinci satılır) prinsipinə uyğun olaraq istifadə olunmasına riayət edir
• Məhsulların silinmələr kitabında vaxtında və düzgün qeydiyyatını aparır
• Mərkəzi anbardan kafe anbarlarına malların göndərilməsi, qəbulu və düzgün formada yığılmasında iştirak edir
• Məhsullarla iş və xidmət zamanı bütün gigiyena qaydalarına riayət edir
• Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin edir, talama təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırır
Əsas tələblər:
Təhsil:
• Bakalavr dərəcəsi arzuolunandır
Təcrübə:
• Müvafiq sahədə 1 il təcrübə arzuolunandır
Professional biliklər:
• Rus dili arzuolunandır
• MS Office Proqramları
Professional bacarıqlar və kompetensiyalar:
• Ünsiyyət bacarıqları
• Komandada işləmə
• Satış bacarıqları
• Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kassir” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.