Mühəndis

İşin təsviri

Öhdəliklər:

- Tikinti işlərinə nəzarət etmək.
- İş qrafikini izləmək, yarana biləcək gecikmələrlə bağlı rəhbərliyə məlumat vermək və müvafiq tədbirləri görmək.
- Gündəlik sahə inspeksiyası etmək.
- Görülən işlərin keyfiyyətinə nəzarət etmək.
- Görülən işlərin həcmini yoxlamaq.
- Podratçılarla görüşlər keçirmək.
- Sahədə istifadə olunan materialların uyğunluq sertifikatlarını yoxlamaq.
- Podratçı tərəfindən təqdim edilmiş tikinti layihəsinin spesifikasiyasına, işin əhatə dairəsinə və təsdiq edilmiş layihə cədvəlinə uyğunluğuna nəzarət etmək. Binanın istismara verilməsi ilə bağlı işin həyata keçirilməsinə nəzarət edib rəhbərliyi mütəmadi məlumatlandırmaq.
- Yeni inşa olunacaq binalar üçün dövlət qurumlarına icazə məktublarını yazmaq.
- Tikinti iş qrafikləri və tikinti materaillarının çatdırılma ardıcıllığı, anbarlaşdırılması və düzgünlüyünə nəzarət etmək.
- İşin təkmilləşdirilməsi üçün risklər və imkanlar barədə məlumatları vaxtında yuxarı rəhbərliyə çatdırmaq.
- Tikinti məhsuldarlığını və işlərin planlaşdırılmasını izləmək, gecikən işlərin səbəblərini araşdırıb rəhbərliyə məlumat vermək.
- Qüsur/əskiklərlə bağlı siyahı hazırlamaqla binaların təslim edilmə proseslərində iştirak etmək və qüsur/əskiklərin aradan qaldırılması prosesində iştirak etmək.
- Avadanlıqların quraşdırılma prosesinə nəzarət etmək.
- Ətraf mühit, sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək.
- Tələb olunan vəzifələri yerinə yetirmək.

Vəzifəyə dair tələblər:

- Layihə nəzarəti ilə bağlı texniki bacarıq və tikinti mühəndisliyi üzrə 1 ildən 3 ilədək iş təcrübəsi.
- Müvafiq sahə üzrə bakalavr dərəcəsi və ya ekvivalenti.
- Sahibkarlıq yanaşması ilə yüksək motivasiyaya sahib olmaq.
- Bütün fərdlər və şəxslərlə açıq ünsiyyət qurma və işləmək bacarığı. Gülərüz, həvəsli və nəcib xüsusiyyətlərə malik olmaq.

Bacarıqlar:

- Layihələri oxuma bacarığı.
- Mükəmməl təqdimat bacarığı.
- Vaxtını düzgün təşkil edə bilmə bacarığı.
- Microsoft Office (Word, Excel, Outlook, PowerPoint), həmçinin CAD software (AutoCAD) kimi kompüter və şirkətin kommunikasiya vasitələrini istifadə edərək, öz səriştəsini nümayiş etdirmək.

Əsas xüsusiyyətlər:

- Güvənilən və etibarlı, sərbət işləyə bilmək bacarığı

Əmək haqqı- Danışıq əsasında müəyyən olunur.

E-mail: [email protected]

Avrasya İstanbul İnşaat tərəfindən digər vakansiyalar