Layihələr üzrə koordinator

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Ərazidə işə başlamazdan öncə risklərin qiymətləndirilməsi nəticəsində aşkarlanan texniki nasazlıq hallarının araşdırması və aradan qaldırılması;
- Texniki təhlükəsizliyə riayət edilməsi və təhlükəsizliklə bağlı müvafiq formaların imzalanmasına nəzarət;
- Layihənin sxeminə uyğun olaraq kabellərin çəkilməsinə  və dirəklərin basdırılmasına nəzarət;
- Layihələrdə aparılan işlərin hesabatlarının alınması , yoxlanması  və məsul şəxsə təhvil verilməsi;
- Layihələrdə dəyişiklik edilməsi ;
- Vəzifə icrası ilə bağlı digər işlər.

Vəzifəyə olan tələblər:

- Təhsil - Ali , Orta və texniki təhsil
- Sertifikat - arzu olunandır
- Staj - Ən azı 2 il iş təcrübəsi
- Dil biliyi - Azərbaycan/ rus dillərini bilmək
- Kompüter biliyi - MS Office proqramları
- Xüsusi proqramlar - Nagios, Autocad
- Xasiyyət xüsusiyyətləri - Ünsiyyət qurma bacarığı, dəqiqlik

İş qrafiki: 6 günlük, I-V günlər, saat 09:00-17:00; VI gün gün 10-16:00-dək.
Əmək haqqı: 600 -800 AZN net. 

CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını “Layihələr üzrə koordinator” yazmaqla göndərə bilərsiniz.