Sahə memarı

İşin təsviri

İş yeri: Şabran rayonu
Həftədə 6 iş günü, 1 gün istirahət;
Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
Korporativ nömrə və balans şirkət tərəfindən təmin edilir.

Funksiyaları:

- Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasına texniki rəhbərliyi həyata keçirir;
- Bina və tikililərin və s. layihə təkliflərinin və baş planlarının işlənib hazırlanmasında, layihələşdirilməsində nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə iştirak edir
- Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin edir
- Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik edir;
- Layihə axtarış işlərinin aparılmasında sifarişçilərlə və subpodrat təşkilatlarla müqavilə bağlamaq üçün sənədlər hazırlayır;
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin edir;
- Yuxan təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak edir;
- Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarət edir, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edir;
- Layihə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak edir;
- Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrini tərtib edir;

Vəzifəyə olan tələblər:

- Təhsil: Müvafiq sahə üzrə ali təhsil.
- Təcrübə: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı
- Kompüter biliyi: Archicad, Autocad, 3D Max, Word, Excel və İnternetdə işləmə bacarığı.
- İdarəetmə və qərar qəbul etmə qabiliyyəti.
- Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
- Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
- Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

Namizədlər CV-ləri [email protected] e-mail ünvanına mövzuya vəzifənin adını yazılmaqla göndərə bilər. Nəzərə alın ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.