Təchizat üzrə mütəxəssis

  • FF Group
  • Elanın qoyulma tarixi: 17.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

* Şirkətin bütün atınalma işləri və təchizat üzrə sifarişlərin təmin edilməsinə nəzarət etmək;
* Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
* Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
* Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasına nəzarət etmək.
* Şirkətin inzibati bina, mebel, ofis texnikası, rabitə vasitələri, kargüzarlıq ləvazimatları, kompüter, təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi üçün tədbirlər görmək;

Namizədlə bağlı tələblər:

* Ali təhsil;
* MS Office proqramları;
* Qeyd olunan vəzifə üzrə minimum 3 il təcrübə
* Azərbaycan dilini mükəmməl səviyyədə bilməli ( rus və ingilis dilləri bilən namizədlər arzuolunandır) ;
* Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları, kommunikasiya bacarığı.

İş şəraiti:

* İş vaxtı: həftədə 5 gün;
* AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
* Bu vəzifə sahibləri müqavilə ilə maddi-məsuliyyətli şəxs olurlar;
* Əmək haqqı: Müsahibə əsasında namizədlə qarşılıqlı razılıq əsasında müəyyən ediləcək.

Maraqlanan şəxslər CV-lərini "təchizat üzrə mütəxəssis" başlığı ilə, [email protected] e-mail adresinə göndərə bilərlər.