Debitor-kreditorlar üzrə əməliyyatçı

  • Sirab ASC
  • Elanın qoyulma tarixi: 16.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas tələblər:

- Minimum təhsil dərəcəsi: Bakalavr;
- Kompüter bilikləri: MS Office – Əla;
- Dil bilikləri: Azərbaycan – Əla;
- Yaş həddi: 22 – 30;
- Minimum təcrübə: 1 il;
- Riyazi biliklər və analitik düşünmə bacarığı;
- Mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrləri haqqında biliklər;
- Müəssisə, idarə və təşkilatlarda mühasibat uçotunun aparılmasının metodları üzrə biliklər;
- Maliyyə, vergi və digər hesabat formaları və onların tərtib edilməsi;
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodları üzrə nəzəri biliklər.

Fərdi keyfiyyət göstəriciləri:

- İşdə dəqiqlik və detallara diqqətlilik;
- Məsuliyyətlilik;
- Ünsiyyətlilik;
- Komandada işləmək bacarığı.

İş barədə:

- Debitor-kreditorlar üzrə hesabatların müəyyən edilmiş müddətlərdə tərtib edilməsi;
- Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının hesabatının tərtib edilməsi;
- Hesab-fakturalar əsasında təchizatçılarla əməliyyatların uçotu;
- Təchizatçılar və müştərilərlə mütəmadi üzləşmələrin həyata keçirilməsi;
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi;
- Fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş qaydada təqdim edilməsi;
- Əməliyyatların sənədləşdirilməsi qaydasını və uçotun sahələri üzrə sənəd dövriyyəsinin təşkili.
- Öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsi;
- Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi;

İş vaxtının norması:

- 5 günlük iş rejimi;

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

- 500-600 AZN;
- Yemək şirkət tərəfindən;
- Şirkət nömrəsi və danışıq paketi.

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Debitor kreditorlar üzrə əməliyyatçı” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Babək “Sirab” ASC haqqında:

“Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.

Daha ətraflı: https://www.sirab.az/haqqinda.aspx

İşəgötürənin reytinqi