Verilənlər bazasının administrasiyası şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
• Yeni proqramların yaradılması.

Namizədə qarşı tələblər:

• Ali təhsil (aidiyyatı sahə üzrə);
• VB (Oracle/Postgres) administrasiyası üzrə minimum 2 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dilİ (əla);
• TWCMS (Compass) sistem biliyi arzuolunandır;
• PL/SQL və PL/pgSQL vasitəsi ilə SQL-sorğuların yazılması, prosedur və paketlərin yaradılması bacarığı;
• PostgreSQL məlumat bazalarının inkişafı və dəstəklənməsi;
• Bütün məlumat bazalarının 24/7 rejimində işləkliyini təmin etmək;
• Daxili serverlər üçün məlumat bazalarını təmin etmək;
• Proseslərin avtomatlaşdırılması üçün SQL-sorğuların yazılması;
• Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 avqust 2021-ci il tarixinədək email-in mövzu hissəsində Verilənlər Bazasının Administrasiyası Şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis (DBA) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi