Maliyyə monitorinqi üzrə kiçik mütəxəssis (Gəncə)

  • Superfon
  • Elanın qoyulma tarixi: 15.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Filialların borc portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
- Filiallarda verilmiş debitor borcları monitorinq etmək və monitorinq olunan borcların keyfiyyətini qiymətləndirmək;
- Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda şirkətin daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək;

Tələblər:

- İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;
- Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;
- MS Office proqramlarını (xüsusi ilə də MS Excel) normal səviyyədə bilməlidir
- Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;
- İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.
- Şəxsi avtomobilin olması vacibdir.

Təminatlar:

• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• Korporativ mobil nömrə;

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ Maliyyə monitorinqi üzrə kiçik mütəxəssi (Gəncə)” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 16.09.2021

İşəgötürənin reytinqi