Problemli kreditlər üzrə mütəxəssis

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 15.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri :

- Gecikmədə olan kredit sənədlərinin təhlil olunması;
- Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi;
- Gecikmədə olan problemli müştərilərlə bilavasitə ünsiyyətin yaradılması;
- Problemli kredit portfellərinə nəzarət edilməsi, hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaradılması və kredit ödənişlərinin həyata keçirilməsinin təmini.

Tələblər:

- Ali təhsil;
- Ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dili – mükəmməl;
- Stresə davamlılıq;
- Məsuliyyətli və dəqiq olmaq.

Vakansiyaya müraciət üçün CV-nizi “Problemli kreditlər üzrə mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi