Tələblər:
• Ali təhsil;
• Marketinq sahəsi üzrə 3-5 il iş təcrübəsi;
• MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti, 1C üzrə biliklər;
• İnformasiyanın təhlili və analiz etmək bacarığı;
• Azərbaycan dili, Rus və İngilis dili üzrə biliklər;
• Oğlan namizədlərə üstünlük verilir;
Vəzifə öhdəlikləri:
• Marketinq planının hazırlanması və ona uyğun iş qrafikinin təşkili;
• Marketinqin inkişafı istiqamətində daim təhlilin aparılması;
• Şirkətin təqdim etdiyi cari, həmçinin yeni məhsul və xidmətlərin reklamının təşkil edilməsi;
• Yerli və xarici satış kanallarının (İnternet, web portallar vasitəsi ilə) müəyyən edilməsi, habelə müvafiq istiqamətdə strategiya və inkişaf layihələrinin hazırlanaraq icra edilməsi;
• Müştəri bazasının genişləndirilməsi və şatışın təkmilləşdirilməsi məqsədi ilə PR və reklam layihələrinin hazırlanması;
• Şirkətin məhsul və xidmətlərinin rəqabət qabiliyyətinin qiymətləndirilməsi;
• Digital Marketinq üzrə kampaniyaların təşkili və idarə edilməsi;
• Şirkətin mövcud marketinq kampaniyalarının daima nəzarətdə saxlanılması və gedişat barədə rəhbərliyin məlumatlandırılması;
• Tələbat olmayan malların və xidmətlərin bazara təqdim edilməsinin məhdudlaşdırılması;
• Şirkət strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları istiqamətində yeni məhsul və xidmətlərin təklifinin hazırlanması;
• İstifadə olunan saytların effektivliyinin artırılması;
İş şəraiti:
∙ İş yeri: BEGOC Biznes Mərkəzi
∙ 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
∙ Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
∙ Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir ;
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.