Baş mühasib

  • Dərs Evi
  • Elanın qoyulma tarixi: 10.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblərimiz:

• Maliyyə sahəsi üzrə ali ixtisas təhsili;
• Qeyd olunan vəzifə üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
• Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı, ERP və digər İT platformalarda işləmə bacarığı;
• IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər arzu olunandır;
• İdarəçilik qabiliyyəti, mövcud qanunvericilik üzrə biliklər;
• Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
• Azərbaycan və rus dili üzrə biliklər, ingilis dil arzu olunandır.

Əsas öhdəliklər:

• Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlamaq;
• Mühasibat bölmələri tərəfindən vəzifə və tapşırıqlarının yerinə yetirilməsi üçün şirkətin bütün struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurmaq;
• Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
• Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
• Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında hərəkətinin düzgünlüyünün yoxlamaq;
• Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət etmək;
• Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət etmək;
• Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib etmək;
• Maliyyə hesabatların tərtib etmək;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
• İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət etmək;
• Vergi, statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
• Dövlət büdcəsinə məcburi ödəməli, Vergi, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət etmək;
• Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
• Büdcə tərtibatı üçün materialların hazırlanmasına nəzarət etmək;
• Ayın bağlanmasını həyata keçirmək;

Yerləşmə: Dərs Evi, Elmlər filialı (Hüseyn Cavid pr. 87-89)

Necə müraciət etməli:

Xahiş olunur rezümenizi məktubun “Mövzu” hissəsində “Baş mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərəsiniz.

Son müraciət tarixi: 10.09.2021

İşəgötürənin reytinqi