Kredit və bazar riskləri şöbəsinə ekspert və ya şöbə rəisi müavini

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 08.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

- Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analizi, miqrasiya matris, roll rate, PD və s.) və hesabatlardan irəli gələn tövsiyyələr vermək;
- Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarətini etmək;
- Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflərin vermək;
- Şöbədaxili normativ-hüquqi sənədlərin (qayda, prosedur və s.) hazırlanması və yenilənməsi prosesində iştirak etmək.

Namizədə olan tələblər:

- Ali təhsil (Riyaziyyat / Statistika / Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);
- Kredit risklərinin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
- Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və Rus dili);
- MS Office proqramları xüsusilə Exceldə yüksək səviyyədə işləmək bacarığı (SQL bilikləri arzuolunandır);
- Riyazi, statistik və ekonometrik biliklər;
- Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində işlənmə bacarığı;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kredit və bazar riskləri şöbəsinin eksperti və ya şöbə rəisi müavini” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 3

İşəgötürənin reytinqi