Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis

İşin təsviri

Namizədə dair tələblər:

• Təhsil: Ali təhsil
• Dil bilikləri: Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili və rus dili (üstünlükdür)
• Kompüter bilikləri: MS Office
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
• Təşəbbüskar, yenilikçi, punktual və kreativ

Vəzifə öhdəlikləri:

• Rəqəmsal marketinq məlumatların analiz olunması və hesabat hazırlanması
• Rəqəmsal marketinq strategiyasını hazırlamaq, tətbiq və nəzarət etmək
• Ən son texnologiya və ən yaxşı təcrübələrdən xəbərdar olmaq və bütün rəqəmsal marketinq kanallarına tətbiq etmək
• ROI ölçülməsi və ona əsasən qərarların verilməsi
• Rəqəmsal marketinq büdcəsinin idarə edilməsi
• Rəqəmsal kampaniyalar hazırlanması üçün digər departamentlər ilə işbirliyi həyata keçirmək
• İstifadəçi davranışlarına əsasən mobil tətbiq və veb sayt üzərindən təkliflər hazırlamaq
• SEO və Google Analytics analizlərini nəzərə alınaraq, onlayn məzmunların idarə edilməsi və təkmilləşdirilməsi
• Facebook, Instagram və Google kimi platformalarda kampaniyaların analiz edilməsi

Əlavə təminatlar:

• Nahar şirkət tərəfindən verilir;
• Korporativ nömrə ilə təmin edilmə;
• Servis şirkət tərəfindən təmin edilir;

İş qrafiki:

İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis" yazaraq [email protected] ünvanına göndərmələri və ya formu doldumaları xahiş olunur.

İşəgötürənin reytinqi