Marketinq üzrə kiçik mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Marketinq fəaliyətlərinin icrası, onlara nəzarət və nəticələr barədə hesabat vermək;
• Bazar trendlərini araşdırmaq, bazar tələblərinin müəyyən etmək və təkmilləşdirilməyə dair müvafiq təkliflər vermək;
• Cari bazar şərtləri və rəqiblərin fəaliyyətinə dair dövri hesabatlar hazırlamaq;
• Üçüncü tərəflərlə olan işləri koordinasiya etmək;
• Marka standartlarının qorunmasına cavabdehlik;
• Marka mesajlarının davamlı olmasını təmin etmək;
• Şirkətin müxtəlif bölmələrinin cari marketinq fəaliyyəti haqqında məlumatlılığının təmin edilməsi üçün effektiv daxili kommunikasiyanı təşkil etmək;
• Marka imicinin, mövqelənmənin gücləndirilməsini təmin etmək;
• Marka mesajlarının effektiv çatdırılması üçün mətbuatla əlaqələri idarə etmək.

Tələblər:

• Marketinq, biznes və ya digər əlaqədar sahələr üzrə bakalavr təhsili;
• Marketinq sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
• Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
• Yüksək səviyyədə azərbaycan, rus və ingilis dil bilikləri.(Azərbaycan dilində yazı orfoqrafiyasının yüksək səviyyədə olması mütləqdir);
• Orta MS Office proqramları biliyi;
• Təzyiq altında işləməyə hazır;
• Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü komanda üzvü olmaq;
• Özünə əmin və dinamik xarakter;
• Sürücülük vəsiqəsi arzu olunandır.

Səriştələr:

• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük
• Etibarlılıq
• Dürüstlük

Əlavə məlumat:

• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: Beş günlük iş həftəsi
• İş yeri: Baki şəhəri, Qafqaz Business Center
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Marketinq üzrə kiçik mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar