Logistika üzrə mütəxəssis

  • Star Express
  • Elanın qoyulma tarixi: 04.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat

1. Marşruta uyğun informasiyanın tam yığılması;
2. Müştərilərin müvafiq stansiyalarla əlaqələndirilməsini təşkil etmək;
3. İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hesablamaq;
4. Müxtəlif marşrutların tariflərinin müqayisə edilməsi məqsədilə coğrafi və digər biliklərin müntəzəm olaraq təkmilləşdirilməsi;
5. Konteyner daşınmaları üzrə dövri hesabatlar hazırlamaq;
6. Tarif bazasının formalaşdırılması, elektonlaşdırılması və mütəmadi yenilənməsində iştirak etmək;
7. Müştərilərlə üzləşmə aparmaq, bunun üçün lazım olan daşıma informasiyasının müştərilərə çatdırılmasını təmin etmək;
8. Loqistika üzrə mütəxəssis, daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, emalı, daşınması, yerləşdirilməsi, saxlanması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət edir;
9. Loqistika üzrə mütəxəssis həmçinin müştərilərlə xarici və daxili əlaqələrin yaradılması, yolasalma və çatdırılma tarixlərinin müəyyən edilməsi işlərini həyata keçirir;
10. Eyni zamanda qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan malların razılaşmaya uyğun olmasına nəzarət edir;
11. Ödənişlərin vaxtında ödənilməsinə nəzarət edir;

Bilməlidir:

1. Müəssisədə ofis işlərinin aparılması üçün normativ hüquqi aktlar, qaydalar, təlimatlar, digər rəhbər materiallar və sənədlər;
2. Vahid dövlət sənədləşmə sisteminin əsas müddəaları;
3. Vahid təşkilati və inzibati sənədlər sisteminin standartları;
4. Rəsmi sənədlərin və materialların keçməsinin monitorinq qaydası;

Namizəd üçün tələblər

1. Təhsil dərəcəsi: Bakalavr (Logistika istiqaməti üzrə üstünlük)
2. Təcrübə: Ümumi ən az 2 il , sahə üzrə ən az 1 il,
3. Məsuliyyətlilik
4. Ünsiyyət qurmaq bacarığı
5. Etibarlılıq
6. Detallara fikir vermək qabiliyyəti
7. Azərbaycan,Rus və İngilis dillərini əla səviyyədə bilmək
8. Kompüter proqramları: MS Office

Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.