Biznes proseslərinin idarəedilməsi üzrə mütəxəssis

  • AZ FP Co LTD
  • Elanın qoyulma tarixi: 02.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

- Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi;
- Yeni biznes proseslərinin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi;
- Biznes proseslərin avtomatlaşdırılması üçün texniki tapşırıqların hazırlanması;
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi;
- Əməliyyat sistemi üzərindən proseslərin izlənməsi və onların normativ sənədlər formasıda tərtib edilməsi;
- Birbaşa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi və sorğu əsasında hesabatın təqdim edilməsi.

Sizdən nə tələb olunur?

- Ali təhsil Biznesin idarəedilməsi və ya Menecment üzrə
- 1-3 il arası iş təcrübəsi
- MC Office proqramlarında sərbəst istifadə bacarığı;
- İngilis dili və rus dili (intermediate)
- Müşahidə və analiz bacarığının olması.
- Çevik düşünmə, mənqtili və və şərh bacarıqlarının olması

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Biznes proseslərinin idarəedilməsi üzrə mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.