Online satış şöbə müdiri

  • Mandarin.az
  • Elanın qoyulma tarixi: 02.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər;

- Şöbənin işini təşkil etmək, şirkət standartları çərçivəsində fəaliyyət göstərməsini, şirkətin siyasətinin və prosedurlarının opertaiv icrasını təmin etmək
- Online mağazanın maliyyə-təsərrüfat xərclərini nəzarət altında saxlamaq, daha az xərclə daha effektiv və səmərəli işin görülməsini təmin etmək
- Aylıq iş planını hazırlamaq və icrasının həyata keçirilməsinə nəzarət etmək.
- Müvafiq hesabatalar və təhlillər hazırlamaq.
- Tabeçiliyində olan heyyətinin fəaliyyətini təşkil etmək, istiqamətləndirmək, motivasiya etmək, onlarda şirkət imici haqqında yüksək fikir formalaşdırmaq və komanda ruhunu qorumaq.
- Satış hədəflərinin hazırlanmasında iştirak etmək, hədəfin icrasını şöbə əməkdaşlarına tapşırmaq və prosesin icrasina nəzarət etmək.
- Şirkətin kredit partnyoru ilə müştəri münasibətlərini əlaqələndirmək, satış prosesinə və satış hədəflərinə təsir göstərə biləcək məsələlərlə bağlı mağaza rəhbərlərindən məlumat almaq.
- İşçi, müştəri və digər problemli məsələləri araşdırmaq, səlahiyyətləri çərçivəsində tədbirlər görmək
- Şöbənin satış performansını aşağı salan səbəbləri aydınlaşdırmaq, performansın artırılması ilə bağlı təkliflər hazırlamaq
- Satışın artırılması, satış proseslərinin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq və rəhbərliyə təqdim edtmək.
- KPİ-ların təyin edilməsində iştirak etmək və onların icrasını təmin etmək.
- Online müraciət edən müştərilərə satış prosedurlarına uyğun xidmət göstərilməsi və müştəri məmnuniyyətinin ən yüksək səviyyədə tutulması, bunların bütün tabeçiliyndə olan heyət tərəfindən daimi icrasına nəzarət etmək.
- Xidməti vəzifələrinin icrası və görülən tədbirlərlə bağlı məsələlər haqqında departament direktoruna məruzə etmək

Tələblər:

• Bu vəzifədə ən az 1 il iş təcrübəsi
• Analitik düşüncə qabiliyəti.
• MS Office proqramlarında səlis işləmə bacarığı
• Kollektivlə işləmə bacarığı, ünsiyyətcil olmalı.
• Məlumat təhlili və proqnozlaşdırma üsulları haqqında anlayış
• Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək

İş qrafiki: 5 günlük

Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətə davamlıdır.

Vakansiyaya müraciət üçün CV-nizi “Online satış şöbə müdiri” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.