Nisyə satış şöbə müdiri

  • Mandarin.az
  • Elanın qoyulma tarixi: 02.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər;

− Müştəri xidmətləri şöbəsinin işinə ümumi nəzarət etmək və dəstək göstərmək;
− Nisyə satış prosesinin təkmilləşdirilməsi barədə təkliflər vermək;
− Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq hesabatların hazırlanmasını təmin etmək;
− Daxili qaydalara uyğun olaraq şöbəyə həvalə olunmuş tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək;
− Müştərilərə nisyə satışların həyata keçirilməsi üzrə daxili qaydaları və təlimatları hazırlamaq, təsdiqini təmin etmək və əməkdaşları tanış etmək;
− Müştərilərə nisyə satışların həyata keçirilməsi üzrə daxili qaydalara uyğun olaraq qərarlar vermək;
− Müştəri müraciətlərinin araşdırılması və müsbət həll olunması üçün tədbirlər görmək;
− Yeni işə götürlmüş əməkdaşlara daxili qaydalar və müştəri xidmətləri ilə bağlı təlimlər vermək;
− Müştəri xidmətinin keyfiyyəti və nisyə satışların həcminin artırılması, həmçinin risklərin azaldılması üzrə təkliflər vermək;
− Müştəri xidmətləri şöbəsinin əməkdaşlarının motivasiyası və karyera inkişafı barədə təkliflər vermək;

Tələblər:

• Bu sahədə ən az 1 il iş təcrübəsi
• Analitik düşüncə qabiliyəti.
• MS Office proqramlarında səlis işləmə bacarığı
• Kollektivlə işləmə bacarığı, ünsiyyətcil olmalı.
• Məlumat təhlili və proqnozlaşdırma üsulları haqqında anlayış
• Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək

İş qrafiki: 5 günlük

Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətədavamlıdır.

Vakansiyaya müraciət üçün CV-nizi “Nisyə satış şöbə müdiri” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.