Ofis Meneceri

  • Mover LLC
  • Elanın qoyulma tarixi: 01.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Ofisin gündəlik fəaliyyətinə nəzarət edilməsi;
- Rəhbərlik tərəfindən verilən gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
- İşgüzar danışıqların aparılması;
- Müvafiq struktur bölmələr tərəfindən tapşırılan görüşlərin, tədbirlərin təşkili, sənədlər sisteminin idarəolunması;
- Məktubların və müvafiq sənədlərin qəbulu və aidiyyəti üzrə göndərilməsinin təmin edilməsi;
- Ofisə gələn qonaqların qarşılanması və onların lazımi şöbəyə və ya şəxslərə yönləndirilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.

Əsas tələblər:

- Cins: Qadın;
- İKT səriştəsi (müvafiq proqram təminatı, telefon, faks, elektron poçt, internet);
- Microsoft Office bilikləri (Excel biliyi mütləqdir);
- Azərbaycan dilində mükəmməl şifahi və yazılı bilik səviyyəsi, ingilis dili arzuolunandır;
- Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli;
- Cəld, dəqiq və diqqətli olmalı.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ofis meneceri” qeyd edərək [email protected] e-mail ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi