Vəzifə və öhdəliklər:
• Elektrik qurğularının, avadanlıqlarının, mexanizmlərinin texniki vəziyyətinin daim yoxlanılması, aşkar olunan xırda nasazlıqların operativ surətdə aradan qaldırılması;
• İstifadə olunan avadanlıqların normal və təhlükəsiz işləməsinin təmin edilməsi;
• İstifadəsinə verilmiş inventara texniki xidmətin göstərilməsi;
• Perodik plan əsasında texniki baxışların aparılması.
Tələblər:
• Müvafiq sahədə ali təhsil;
• Elektrik işləri sahəsində 3 il iş təcrübəsi;
• Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu bilməli;
• Elektrik sxemlərini oxumaq bacarığı;
• Yüksək gərginlikdəki avadanlıqlarla işləmə bacarığı;
• Elektrik materialları və aksessuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq
• Elektrik avadanlığında işləmək üçün elektrik buraxılış vəsiqəsi.
• Cinsi: Kişi
Namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Elektrik” şəklində göstərməyiniz xahiş olunur.