Baş Mexanik

  • Company
  • Elanın qoyulma tarixi: 29.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Gəncə ətrafı

İşin təsviri:

• Texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
• Təmirə dayanmış texnikaların vaxtında təmirinin başa çatdırılması və tam istismara yararlı vəziyyətə gətirilməsi üçün tədbirlər görmək
• Təmir edilmiş texnikanın istismara buraxılmadan qabaq bütün texniki vəziyyətini əsaslı surətdə yoxlamaq və tənzimləmək, yoxlama - sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək;
• Texnikalara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. Görülməli işlərin texniki hazırlığını təmin edir.
• Texnikaların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir.
• Aparılan təmir işlərinin qeydiyyatını aparmaq və hesabtlar təqdim etmək
• Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək;
• Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir.
• Texnikaların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir.
• Sahəyə buraxılan və sahədən qayıdan texnikaların texniki vəziyyətinin yoxlanması üzrə işləri təşkil etmək;
• Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq;
• Tabeçiliyində olan traktoristlərə, texnikalara təmir xidməti göstərən işçilərə rəhbərlik edir, işçilərin öz biliyinin və ixtisaslarının artırılması üçün tədbirlər həyata keçirir.
• Təmir və texniki xidməti digər hissələri zədələmədən icra etmək və istehsalçının təmir texnologiyalarına riayət etmək;
• Texniki nasazlıqlarla sahədən qayıtma hallarında hər bir nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq, səbəbini öyrənmək və bundan sonra (gələcəkdə) oxşar hallarda xəbərdarlıq üçün tədbirlər görmək;
• Baş aqronomun sahə ilə bağlı aqro texniki tələblərini əksiksiz və nöqsansız təmin edir.
• İllik əkin-bicin planına uyğun olaraq texnika ehtiyac siyahının belirlenmesi.
• Daxili prosedurlara və nizam - intizam qaydalarına riayət etmək;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etmək;

TƏLƏBLƏR:

• 30-45 yaş həddi
• Mexanika sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
• Azərbaycan və rus dilləri, ingilis dilinə üstünlük verilir
• İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
• Güclü ünsiyyət və danışıq qabiliyyəti
• Komandada işləmək bacarığı
• Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı
• MS Excel proqram biliyi;
• 1 C proqramı bilikləri üstünlükdür.
• Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
• Sürücülük vəsiqəsi olmalı
• John Deer, New Holland, Belarus və türkiyə istehsalı olan texnikalarının təmiri və texniki xidmətlə bağlı mexanik işlərində təcrübəli olması üstünlükdür.
• Əvvəlki iş yerlərində intizam məsuliyyətinə cəlb edilməyən

Təminatlar:

• İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
• Nahar ilə təmin edilmə

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mexanik” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır