SƏTƏMM üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

• İş yerində əməyin mühafizəsnə və texniki təhlükəsizliyə nəzarət etmək;
• İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
• SƏTƏMM üzrə sənədləşdirmə işlərini dəqiq həyata keçirmək;
• Riskin qiymətləndirilməsini aparmaq və sənədləşdirmək;
• SƏTƏMM üzrə uyğunsuzluqları və qüsurları aşkar edərək haqqında tədbir görülməsi üçün tapşırıqlar vermək;
• Iayihələrin, qurğuların vı avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
• Struktur bölmələrdə, istehsalatda ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərdə iştirak etmək;
• Sahəyə daxil olanlara giriş təlimatı keçmək, işçilərin əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərdə köməklik göstərmək;
• İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
• Xidmət təlimatların işlənib hazırlanmasında köməklik göstərmək;
• Mövcud formada və qaydalara uyğun olaraq hesabatlar aparmaq.

Tələblər:

• Ali texniki təhsil;
• SƏTƏMM üzrə minimum 3 il iş təcrübə;
• FHN tərəfindən verilən “Sənayedə texniki təhlükəsizlik və əməyn mühafizəsi qaydaları və normaları” üzrə sertifikat (SƏTƏMM üzrə əlavə sertifikatların olmasına da üstünlük verilir).

Maraqlanan namizədlərdən CV-ni "SƏTƏMM üzrə Mütəxəssis" mövzusu ilə [email protected] və ya [email protected] elektron poçt ünvanlarına göndərməkləri xahiş olunur.

İşəgötürənin reytinqi