Kadrlar üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

- AR-nın Əmək Qanunvericiliyinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
- Həftəlik və aylıq hesabatların hazırlanması;
- Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ;
- Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
- İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, əmrlərinin, bildiriş məktublarının, intizam məsuliyyətinə cəlbetmə haqqında əmrlərin hazırlanması (xəbərdarlıq, töhmət) və s.;
- Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı ;
- İşçi heyətinin tələb olunan hallarda düzgün əvəz edilməsinə nəzarət edilməsi (şirkəti tərk etdikdə, məzuniyyətə çıxdıqda, müvəqqəti əvəz olunduqda);
- İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin hazırlanması və işçilərin əmək haqqılarının vaxtında və dəqiqliyi ilə ödənilməsini təmin etmək üçün mühasibat şöbəsi ilə birgə işin təşkil olunması;
- İşçilərin gündəlik davamiyyətini müəssisədə quraşdırımış turniketlə işləmək;
- İşdən çıxan işçilərin şəxsi işlərinin Azərbaycan Qanunvericilinə uyğun olaraq arxivləşdirmək;

Namizədə tələblər:

- Ali təhsil
- 1-3 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.
- Kommunikativ bacarığı, məsuliyyətlilik
- Ofis texnikası və komputer texnologiyalarından inamla işləmə qabiliyyəti
- Microsoft Office, 1 C proqram
- Nahar şirkət tərəfindən verilir.
- Əmək haqqı 600 Azn

Sizi öz kollektivimizdə görməyə şad olarıq!

Maraqlananlar (başlıqda kadrlar üzrə mütəxəssis qeyd etməklə) cv-lərini [email protected] ünvanına göndərə bilərlər.