İnsan resursları üzrə mütəxəssis

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 14.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Müvafiq sahədə ali təhsil ;
• Göstərilən vəzifə üzrə ən azı 1 illik iş təcrübəsi;
• Microsoft Office proqramları bilikləri;
• Azərbaycan dili və rus dili bilikləri, İngilis dili biliyi əlavə üstünlükdür.
• AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyi üzrə irəli səviyyədə bilgilər;

Vəzifə öhdəlikləri:

• İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin təmin edilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək müqavilələrinin hazırlanması və elektron Hökumət Portalına daxil edilməsi və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
• İş vaxtı uçotunun aparılması və aylıq tabellərin hazırlanması;
• Şirkətin sosial layihələrinin həyata keçirilməsində iştirak edilməsi.

İş şəraiti:

• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar Şirkət tərəfindən təmin olunur;
• 20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur;
• Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İnsan resursları üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.