Marketinq Meneceri

  • Delüks-Kamin MMC
  • Elanın qoyulma tarixi: 07.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: 1500-3000manat

Namizədə tələblər

• İqtisadiyyat fakültəsindən məzun olmalı;
• Türkiyədə və ya Avropada təhsil alanlara üstünlük verilir;
• Marketinq sahəsində rəhbər vəzifələrdə ən azı 5 illik təcrübəyə sahib olmalı;
• Yerli / beynəlxalq satış və marketinq sahəsində təcrübəli, müştəri və regional ziyarətlərdə olmalı;
• İngilis, rus və türk dillərində danışıqlar və görüşlər keçirmək və hesabat vermək üçün kifayət qədər səlist danışmalı;
• Marketinq texnikalarını və tətbiqetmələrini yaxşı bilməli;
• Analitik düşüncə, güclü vaxt idarəetməsi və planlaşdırma bacarığı olmalı;
• Marketinq qrupu qura və komandanı idarə edə bilməli;
• Müştəri məmnuniyyətinə üstünlük verməli;

İş barədə məlumat

• Marketinq planlarının hazırlanması, marketinq komandasının yaradılması, marketinq ssenarilərinin qurulması və elan edilməsi, həyata keçirilməsi, inkişafı, koordinasiyası və idarə olunması;
• İstehsalat və satış şöbələri tərəfindən görülən işləri izləyərək siyasət və təcrübələrin yenilənməsi.
• Marketinq kadrlarının hazırlanması, şirkətin ümumi siyasətinə uyğun olaraq marketinq təcrübələrini həyata keçirmək üçün tələb olunan bütün plan və proqramların hazırlanması, icrası və nəzarəti;
• Satış və istehsal şöbəsi işçilərinin müəyyən olunmuş hədəflərə çatması üçün koordinasiyalı bütün lazımi əməliyyatların aparılması;
• Satış öncəsi dizayn, satış sonrası montaj və çatdırılma üçün texniki şöbə, satış başa çatdıqdan sonra, satış şöbəsi ilə koordinasiyalı olaraq müştəri məmnuniyyətini ən yüksək səviyyədə tutmaq üçün işlər aparmaq;
• Digər müvafiq şöbələrlə marketinq və satış təhlili apararaq rəqiblər və məhsullar barədə hesabatlar hazırlayaraq şirkətin strategiyalarında lazımi düzəlişlərin edilməsi;
• Məhsullarımızın qiymət tendensiyası, stok vəziyyəti, satılacaq malların tədarükü və tədarük müddətləri ilə bağlı satış, lojistik-mühasibat və istehsal şöbələri ilə əlaqəli şəkildə işləmək;
• Marketinq inkişafının davamlı təhlili;
• Şirkət tərəfindən təqdim olunan mövcud və yeni məhsul və xidmətlərin reklamının təşkili;
• Yerli və xarici satış kanallarının (İnternet, veb portallar vasitəsilə) müəyyənləşdirilməsi, həmçinin müvafiq istiqamətdə strategiya və inkişaf layihələrinin hazırlanması və həyata keçirilməsi;
• Müştəri bazasını genişləndirmək və əhatə dairəsini yaxşılaşdırmaq üçün PR və reklam layihələrinin inkişafı;
• Şirkət strategiyası çərçivəsində bazar şərtlərinə və müştəri ehtiyaclarına uyğun yeni məhsul və xidmətlər üçün təklif hazırlamaq;
• İstifadə olunan saytların səmərəliliyini artırmaq;
• Şirkətin mövcud marketinq kampaniyalarını davamlı izləmək və inkişaf barədə rəhbərliyi məlumatlandırmaq;
• şirkətin məhsul və xidmətlərinin rəqabət qabiliyyətini qiymətləndirmək;

Müraciət üçün;

a) - Sizdən www.deluxekamin.com/careers/ saytına daxil olub öz CV-lərinizi göndərməyinizi xahiş edirik.
Və ya
b) - CV-nizi [email protected] adresinə elektron poçtla göndərməyinizi xahiş edirik.

Delüks-Kamin MMC tərəfindən digər vakansiyalar