Maliyyə şöbəsinin müdiri

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 07.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Ali magistr təhsili (mühasibat uçotu, maliyyə-kredit);
• Maliyyə sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
• Mühasibat Ucotunun Beynəlxalq Standartlarının tətbiqi ilə bağlı təcrübə;
• Microsoft Office və 1C proqramlarını yüksək səviyyədə bilmək
• Maliyyə sahəsi ilə əlaqədar müvafiq qanunvericiliyi bilmək
• Riyazi təhliletmə, analitik düşünmə qabiliyyəti;
• Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
• Liderlik və komandaqurma bacarığı;
• Sahə üzrə beynəlxalq sertifikatların olması üstünlükdür (ACCA).

Vəzifələr:

• Maliyyə şöbəsinin işinin təşkil edir;
• Debitor və kreditor borclarının, bank və kassa üzrə dövriyyələrin, aktivlərin uçotunun aparılmasını təmin edir;
• Xərc və gəlirlərin düzgün uçotunun aparılmasına və icrasına nəzarət edir;
• Gəlir və xərclərin faktiki və proqnoz hesabatlarının hazırlanmasını təmin edir;
• Dövlət büdcəsindən, həmçinin büdcədənkənar fonddan ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmasını təmin edir;
• Mühasibat uçotunun müvafiq qanunvericiliyə uyğun aparılmasını təmin edir;
• Kənar auditin təşkili ilə bağlı bütün prosedurların həyata keçirilməsini təmin edir;
• Maliyyə hesabatlarının hazırlanmasını təmin edir;
• Maliyyə əməliyyatlarını mütəmadi olaraq təhlil edir, onların dəyərini, yaranma mənbəyini əks etdirən hesabatlar hazırlayır;
• Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətləri həyata keçirir.

Anketlərinizi [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

CV göndərərkən mailin “subject” hissəsində “Maliyyə şöbəsinin müdiri” qeyd etməyi unutmayın.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.