İstehsalat sexinin rəsi

İşin təsviri

• Ali təhsil (İqtisadi, texnoloji sahədə)
• İstehsalat sexinin təşkili və idarəedilməsi, yəni:
• İstehsalat personalının idarə olunması: tapşırıqların verilməsi və iş ahənginin təşkili, istehsal sahəsində yerləşdirilmə, işçilərin peşəkar inkişafı, işin və istehsal planının yüksək keyfiyyətlə icrası üçün motivasiya.
• Xammal ehtiyatlarının mövcudluğuna və planlaşdırılmasına nəzarət.
• İstehsalat tapşırıqlarının vaxtında yerinə yetirilməsi üçün istehsal və buraxılış cədvəllərinin planlaşdırılması.
• İstehsal olunan məhsulların keyfiyyətinə nəzarət, qüsurların səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması, növbəli işin nəticələrinə əsasən hesabat sənədlərinin hazırlanması, jurnallarda qeydlərin aparılması.
• İşçilərin texnoloji proseslərə, qida təhlükəsizliyi qaydalarına, sanitar gigiyena standartlarına, ISO sisteminin prinsiplərinə, QOST-lara, əməyin mühafizəsi qaydalarına, təhlükəsizlik tədbirlərinə, istehsalata və əmək intizamına uyğunluğunun öyrədilməsi və riayət edilməsinə nəzarət.
• Qida təhlükəsizliyi, sanitar gigiyena normaları və tələblərinə dair biliklər, istehsal cədvəllərini planlaşdırma bacarığı.
• Süzmə xəttinin işləməsi ilə bağlı ilkin sənədlərin hazırlanması, hazır məhsulun anbardan alınan marka sayına uyğunluğunun yoxlanılması.
• Sexin texniki və sanitar vəziyyətinə nəzarət, avadanlıqların texniki cəhətdən düzgün istismarını təmin etmək, müəssisə rəhbərliyinə planlı və təcili hesabatların verilməsi.
• İstehsalın təkmilləşdirilməsi, onun texnologiyası, istehsal proseslərinin mexanizasiyası və avtomatlaşdırılması işlərinin təşkili.
• İnkişaf etmiş liderlik bacarıqları, nəticə üçün təşkil, stresə dayanıqlıq, qərar qəbuletmədə müstəqillik, öyrənmə qabiliyyəti, çalışqanlıq.

Alkoqol istehsalı sahəsi. “İstehsalat sahəsinin rəsi” vəzifəsi üçün tələblər:

• Əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinin bağlanılması
• İşçinin yaşı 23 ilə 40 yaş arası olmalıdır.
• Rus dilində oxumaq, yazmaq, sərbəst danışmağı bacarmalıdır.
• İdarəetmə təcrübəsinin olması arzuolunandır.
• İşçilər nahar və işə gəlib getmə nəqliyyat vasitəsilə təmin olunur.
• Müsahibənin nəticələrinə əsasən əmək haqqı.

QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

E-mail : [email protected]