Mühasib

  • Starex
  • Elanın qoyulma tarixi: 06.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri

1. Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
2. E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
3. Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
4. Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
5. Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
6. Daxili hesabatların hazırlanması və təqdim olunması;
7. Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak;
8. Əmək haqqının hesablanması.

Tələblər

1. Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
2. Vergi Məcəlləsini bilməli;
3. Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
4. Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti.
5. İkili mühasibat yazılışlarını bilmək
10. Balans, mənfəət zərər hesabatlarının hazırlanması ilə bağlı təcrübə

Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi