Aqronom

  • Green Tech
  • Elanın qoyulma tarixi: 29.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

- Aqrar sahədə Ali təhsil (ADAU məzunlarına üstünlük verilir);
- Kənd təsərrüfatı məhsullarının istehsal texnologiyası sahəsində bilik və təcrübə;
- Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri sahəsində nəzəri biliklər;
- İdarəetmə və analitik düşünmə qabiliyyəti

Vəzifə öhdəlikləri:

- Xidmət etdiyi sahədə aqrotexniki və hər bir bitki üzrə texnoloji qaydaları həyata keçirmək və az əmək vəsaiti sərfi ilə keyfiyyət standartlarına və müştəri sifarişinə uyğun kənd təsərrüfatı məhsulları istehsalını təmin etmək;
- Ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama, suvarma rejimləri üzrə proqramlarını hazırlamaq;
- Periodik olaraq istixanada yetişdirilən bitkilərlə bağlı hesabatlar təqdim etmək.

Ünvan: Binə qəsəbəsi
İş qrafiki: 6 günlük
Əmək haqqı: Müsahibə zamanı təyin ediləcəkdir.
Nahar və servis xidməti şirkət tərəfindən qarşılanır.

Uyğun namizədlərin [email protected] ünvanına CV göndərmələri xahiş olunur.