Könüllü

İşin təsviri

SMDT-yə qoşul!
Könüllü ol!
Uğur Qazan!

 
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) respublika üzrə gəncləri könüllü əməkdaşlığa dəvət edir.
Siz SMDT-nin proqramlarında iştirak etmək,  təlimlərə qatılmaq,  forumlarda iştirak etmək,  seçkilərdə müşahidəçi olmaq,  seçki hüququna dair yerli və beynəlxalq təcrübədən yararlanmaq və  buna dair ədəbiyyatla tanış olmaq imkanı əldə edəcəksiniz.  Həmçinin siz hər gün “Azərbaycan”, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini mütaliə edə, “Turan” İnformasiya agentliyinin bülletenləri ilə tanış ola bilərsiniz.  Siz SMDT-nin veb portalı olan www.gozetci.az portalı üçün  infortmasiyaların toplanmasında, şəkil və videoların çəkilməsində iştirak edə bilərsiniz.
SMDT-nin proqramlarının icrasında 6 ay davamlı olan könüllü olan şəxslər sertifikatla təmin olunacaq,  o cümlədən SMDT-nin xaricdə keçirilən proqramlarında iştirak etmək hüququ qazanacaq.
Aşağıdakı ixtisaslar üzrə könüllərin gələcəkdə SMDT-nin proqramlarında çalışmaq şansı var:
► Hüquqşünas
► Politologiya
► Beynəlxalq münasibətlər
► İctimai siyasət
► Xarici (ingilis) dili
Bunun üçün CV-nizi [email protected]  ünvanına göndərmək lazımdı.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) tərəfindən digər vakansiyalar