Regionlarla iş üzrə menecer

İşin təsviri

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT)
Azərbaycan, Bakı
Iyul, 2012


Vəzifənin adı:

Regionlarla iş üzrə menecer

İxtisas

Hüquqşünas

Vəzifə təsviri:

SMDT-nin Azərbaycan Respublikasının bölgələrdə fəaliyyətini qurur;
SMDT-nin bölgə nümayəndəliklərinin fəaliyyətini təşkil edir.
SMDT-nin bölgələrdə proqramları və büdcəsinin hazırlanması və onların icrasını təşkil edir;
SMDT-nin bölgələrdə nümayəndəliklərini təşkil edir;
SMDT-nin bölgələrdə tədbirlərini keçirir.

Vəzifə və səlahiyyətləri:

• SMDT-nin İllik Fəaliyyət Proqramı və digər cari proqramlarının bölgələrdə (və ya seçki dairələrində) icrasını təşkil edir;
• SMDT-in seçkilərin monitorinqi üzrə bölgələrdə (və ya seçki dairələrində) icrasını təşkil edir;
• Seçkilər dövründə SMDT-nin müşahidəçilərinin seçki dairələrində qeydiyyatı, Uzunmüddətli və Qısamüddətli müşahidəçilik üzrə hesabatların qəbulu prosesinə cavabdehdir;
• SMDT-nin bölgə nümayəndəlikləri arasında əlaqələri və onların fəaliyyətini koordinasiya edir;
• SMDT-nin bölgə nümayəndəliklərinin yaradılması və ya fəaliyyətini təkmilləşdirilməsi ilə məşğul olur;
• SMDT-nin bölgə nümayəndəliklərindən həftəlik və ya aylıq hesabatları qəbul edir;
• SMDT-yə könüllülərin cəlb olunması, həmçinin mövcud könüllülərin Elektron Məlumat Bazasının yenilənməsi və qorunması ilə məşğul olur;


Tələblər:

• Azərbaycan Respublikasının seçki sistemi və seçki qanunvericiliyini, siyasi institutlarının funksiyalarını bilmək;
• Siyasi partiyalar, QHT-lər, KİV barədə məlumatlı olmaq, Azərbaycan müasir siyasi tarixini bilmək;
• SMDT-in Nizamnaməsi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi proqramlar və tarixi barədə məlumatlı olmaq;
• Komputer proqramlarını (Microsoft Word, Microsoft Excel, Microsoft office Power Point) bilmək;
• Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini orta səviyyədə bilmək;
• Azərbaycan Respublikasının Seçki,  «QHT-lər haqqında», «Qrant haqqında», siyasi azadlıqlarla bağlı qanunlar və digər qanunlar barədə məlumatlı olmaq;

Əmək haqqı başlanğıc olaraq 234 AZN.

Maraqlananlar CV-lərini [email protected] göndərə bilər.
Ünvan:      Vaqif Prospekti 156, mənzil 3 | AZ 1007, Baku, Azerbaijan;
Telefon/Faks:  (+99412) 596 22 94;
E-mail:         [email protected]  
Web:            www.smdt.az

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) tərəfindən digər vakansiyalar