Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis

İşin təsviri

Vəzifə öhdəlikləri

• İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir;
• İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
• İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
• İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir;
• Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
• Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir
• İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir;
• Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir;
• Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir;
• İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir;
• İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir;
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır;
• Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir;
• Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına nəzarət etməlidir;
• Əməyin mühafizəsi üçün norma, qayda və təlimatları yerinə yetirməlidir;
• Səsküyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsini qrafik üzrə aparılmalıdır;
• Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etməlidir;
• Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etməlidir
• İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasını təmin etməlidir
• İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etməlidir
• İstehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına nəzarət etməlidir
• İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə nəzarət etməlidir
• Xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsini təşkil etməlidir.

Vəzifə ilə bağlı tələblər:

• Müvafiq ali texniki təhsil;
• Müvafiq ali texniki təhsil
• Sahə üzrə tələb olunan sertifikatların mövcudluğu
• Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartların mükəmməl bilməsi
• Planlama, analiz və idarəetmə bacarığı;
• MS Office (MS Word, MS Excel) üzrə biliyin olması;

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “ Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis”, qeyd etməklə CV formalarını [email protected] e-mail ünvanına göndərə bilərlər.

AS Group Investment LLC tərəfindən digər vakansiyalar