Hüquqşünas

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Müəssisənin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə hüquqi rəy vermək;
• Daxili standart müqavilələrin və şablonların, habelə daxili qayda, təlimat, prosedurların hazırlanmasında iştirak etmək;
• Müəssisənin bağladığı xidmət, alqı-satqı, reklam və s. müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
• Dövlət və məhkəmə orqanlarından daxil olan hüquqi sorğuların cavablandırılmasını təmin etmək;
• Müəssisənin struktur bölmələrinə hüquqi yardım göstərmək və daxil olan sorğuları cavablandırmaq.

Tələb olunan göstəricilər:

• Ali hüquq təhsili,
• Korporativ hüquq sahəsində ən azı 5 illik iş təcrübəsi;
• Mülki və əmək qanunvericiliyi, nəzarət orqanlarının normativ xarakterli aktlarını bilmək;
• Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
• Fikrin strukturlaşdırılmış şəkildə izah edilməsi bacarığı;
• Əla səviyyədə Azərbaycan və Rus dilləri biliyi, İngilis dili biliyi üstünlük təşkil edir.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Hüquqşünas”, qeyd etməklə CV formalarını [email protected] e-mail ünvanına göndərə bilərlər.

AS Group Investment LLC tərəfindən digər vakansiyalar