Yol tikintisi üzrə mühəndis

  • ArchiCO
  • Elanın qoyulma tarixi: 15.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Layihələri tərtib etmək üçün statistik məlumatları, yoxlama aktlarını, xəritələri, cizgiləri,sxemləri, ərazinin foto şəkillərini, eləcə də topoqrafik və geoloji məlumatları təhlil etmək;
• Layihənin həyata keçirilməsinin mümkünlüyünü müəyyən etmək məqsədi ilə material və avadanlığın sayını, sərfiyyatını, eləcə də insan əməyini qiymətləndirmək;
• Yol yatağı, beton, asfalt və ya poladın uyğunluğunu və möhkəmliyini müəyyən etmək üçün torpaq və materialları yoxlamaq;
• Yolun tikintisi üçün müəyyən edilmiş vaxt intervalı və hava şəraitinin münasibliyini yoxlamaq;
• Hazırlıq işlərinə başlamaq üçün yolun layihəsi və tikiliş cizgiləri haqqında ərazidə çalışan işçilərə aydın məlumat vermək;
• Yol tikintisi üzrə əməliyyatların ardıcıllığını layihənin planı və ekoloji tələblərə uyğun olaraq ərazidə çalışan işçilər ilə planlaşdırmaq və tətbiq etmək;
• Layihə, tikinti, proqram modifikasiyası və ya tikinti-təmir işləri ilə əlaqədar ərazidə çalışan işçilər və rəhbər personala texniki məsələlər ilə bağlı məsləhət vermək.
• Yolun tikilişi və ya texniki xidmət üzrə formal planı təsdiq etmək üçün iş yerinin prosedurlarına və ekoloji tələblərinə uyğun olaraq hazırlamaq
• Müəssisənin təlimatlarına uyğun olaraq texniki xidmət üçün tələb olunan işçi, material və avadanlığı əlaqələndirmək, iş qrafikini planlaşdırmaq;
• Texniki tələblərə uyğun olaraq ərazinin ekoloji şəraitini əsas götürmək.
• Əməyin mühafizəsi üzrə tələblərə uyğun olaraq digərləri ilə ünsiyyət yaratmaq.

Namizəd barədə tələblər:

• İnşaat mühəndisliyi üzrə ali təhsil;
• Tikintidə 10 il, rəhbər vəzifədə 3 ildən az olmayan iş təcrübəsi;
• Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
Bilik və bacarıq:
• Yolların tikintisi və təmirinin yerli və ya müvafiq ölkə qanunvericiliyi, təhlükəsizlik norma və qaydaları (TN və Q). və müəyyən edilmiş təhlükəsizlik texnikasına uyğun əlaqələndirilməsi prosesi
• Yol tikintisi və texniki xidmət üzrə proseduralar
• Yolun layihələşdirilməsi və tikintisi ilə əlaqədar əsas xüsusiyyətlər
• Tapşırıqları tamamlamaq məqsədi ilə vaxtı qiymətləndirmək, ölçmək, o cümlədən hesablamaq üçün müvafiq riyazi bacarıqlar
• Hesablamalar, eləcə də iqtisadi nəticələr üzrə smetanın tərtib olunması üçün metodlar
• Təklif olunan ərazi, layihə və tikinti tələblərinin xərc və gəlirlər üzrə təhlilini, statik və ekoloji təsirini müəyyən etmək üçün hesablama bacarığı
• Problemləri və həll yollarını müəyyən etmək
• Layihəçəkmə və planlaşdırma
• Tikinti üzrə müasir alətlərdən istifadə etmək bacarığı

CV və tövsiyyə məktublarınızı [email protected] ünvanına "Yol tikintisi üzrə mühəndis" başlığı ilə göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi