Vəzifəyə olan tələblər:
• Marketinq, İqtisadiyyat və ya buna bənzər bakalavr dərəcəsi.
• Təqdim etmə bacarığı
• Güclü analitik və tənqidi düşünmə bacarıqları.
• Mükəmməl satış bacarığı
• Müştəriyə yüksək səviyyədə xidmət göstərmək bacarıqları.
• Güclü şəbəkə (əlaqə) yaratma qabiliyyətləri.
• Problemlərin diaqnozunu aparmaq və optimal həllini tapmaq bacarığı.
• Müxtəlif müştəri tipləri ilə işləmə bacarığı
• Peşəkar davranış bacarığı.
• Tələb olunduqda iş vaxtından artıq işləmək imkanı.
Vəzifə öhdəlikləri:
• Pərakəndə Satış üzrə mütəxəssis öhdəliyində olan işi vaxtında və qüsursuz yerinə yetirmək
• Pərakəndə Satış üzrə mütəxəssis müştəriyə satdığı cihazlar barədə dolğun və düzgün (cihazın növünü, hər növün funksiyalarını, xüsusiyyətlərini, parametrlərini və qiymətini) məlumatı çatdırmaq
• Potensial müştərilərin axtarışı və müştərilərin araşdırılması ( fəaliyyət növü, filialların sayı, hal-hazırda rəqib kassa istiifadə edir və yaxud heç kassa yoxdur və s.)
• Müştərinin ehtiyaclarını müəyyən etmək. Müştəri barədə dolğun məlumat almaq.
• Satışın stimullaşdırmasında iştirak etmək
• Yeni sifarişlərin alınması və müştəri məlumatlarını xüsusi proqrama daxil edir sifarişin icrasına bu proqamda nəzarət edir.
• Rəhbərliyə lazımi hesabatın vaxtında verilməsi.
• Bazarı və rəqibləri daim araşdırmaq və bu sahədə hər-hansı bir məlumatı dərhal rəhbərliyyə çatdırmaq.
• Güzəşt və kampaniyalar barədə müştəriləri məlumatlandırmaq.
• Bazarda mövcud yenilik və dəyişiklər barədə rəhbərliyə operativ məlumatın verilməsi.
• Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və qərəzsiz yerinə yetirmək.
• İşguzar səfərlərin edilməsi
Tələblərə cavab verən namizədlər İyun ayının 20-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Pərakəndə satış üzrə Mütəxəssis” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.