Əmək haqqının hesablanması üzrə mühasib

  • AZZA Cake House
  • Elanın qoyulma tarixi: 08.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

1) İşçilərin aylıq əmək haqlarının hesablanması;
2) Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
3) DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsi;
4) Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;
5) İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
6) Əmək haqqı ilə bağlı tələb olunan dövlət hesabatların hazırlanması və sualların cavablandırılması;
7) Rəhbərliyin digər əlaqədar tapşırıqların yerinə yetirilməsi.

Namizədə olan tələblər:

1) Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
2) Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi (1C proqramında əmək haqqının hesablama təcrübəsi olan şəxslərə üstünlük verilir);
3) Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
4) Azərbaycan və rus dili bilikləri (ingilis dili bilənlərə üstünlük verilir);
5) Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı;
6) Məsuliyyətli, tez öyrənən, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı;
7) İdarəetmə, analitik təhlil və təşkilatçılıq qabiliyyəti.

Əlavə məlumatlar:

1) Əmək haqqı 1,000-1,200 AZN;
2) Nahar şirkət tərəfindən verilir;
3) 5 günlük iş qrafiki.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Əmək haqqı üzrə mühasib” qeyd olunmaqla, göndərə bilərlər.

İşəgötürənin reytinqi

AZZA Cake House tərəfindən digər vakansiyalar