Mühəndis konstruktor

  • Amal Group
  • Elanın qoyulma tarixi: 08.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

• Dəmir-beton konstruksiyaların layihələndirilməsi
• Layihələrin dinamik, statik, və zəlzələ yüklərinə görə hesablanması
• Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin doldurulması
• Dəmir-beton (əlavə üstünlük şüşə və metal konstruksiyaların) quraşdırılması işlərinə nəzarətin həyata keçirilməsi
• Tikinti konstruksiyaların statik hesabatın verilməsi
• Statik hesabat nəticəsində iqsadi cəhəddən sərfəli olan konstruktiv elementlərin en kəsinin və materialın təyin olunması
• Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədlərin tərtib edilməsi
• Layihələrin istehsalat sahəsində və quraşdırma sahəsində tam təhlükəsiz və tikinti normalarına uyğun təhvil verilməsində işlərin ardıcıllığına nəzarət edilməsi

Namizədə tələblər:

• Təhsil: Ali
• İş təcrübəsi: Layihələrin idarə edilməsi üzrə sahəsində ən azı 3 il iş təcrübəsi.
• Dil bilikləri: Azərbaycan dili sərbəst (rus və ingilis dili arzuolunandır)
• AutoCAD, ArchiCad, Corel Draw, 3DsMAX, Microsoft Office proqramlarında mükəmməl işləmək bacarığı
• Əmək haqqı: Namizədin bilik və bacarığından asılı olaraq.
• İşinə ciddi yanaşmalı, məsuliyyətli olmalı
• Ezamiyyəyə getməyə hazır olmalı
• Komandada işləmək bacarığına sahib olmalı;
• Analitik düşünmə qabliyyəti;
• Analiz və idarəetmə bacarığı;

E-mail: [email protected]