Texniki dəstək üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri

• Yeni istehsal olunmuş məhsulların test edilməsi və tətbiqi haqqında təlimlərin təşkili;
• Məhsulların müştərilərə izah və nümunə tətbiqlərinin edilməsi, yarana biləcək texniki sualların həllinə aid texniki təlimlərin verilməsi;
• Tətbiqçilərə məhsulların texniki sənədləri (TDS) haqqında şərhlər verilməsi;
• Müştəri şikayətlərinin analizlərinə görə məhsul tətbiqlərini əhatə edən təlimlərin təşkil edilməsi;
• Müştəri şikayətlərinin qiymətləndirilməsi və nəticələri haqqında funksional menecerə məlumat verilməsi;
• Müştəri şikayətlərinin vaxtında və doğru şəkildə cavablandırılması;
• İri həcmli layihələr və istifadəçi qurumlarının usta heyətinə məhsul tətbiqini əhatə edən təlimlərin verilməsi;
• Yeni, inkişaf etdirilmiş və tətbiqi ilə bağlı problem yaşanan məhsullara dair təlim ehtiyacının müəyyən edilməsi.

Namizədlərə tələblər

• Kimya ixtisası üzrə ali təhsil;
• Azərbaycan, İngilis dillərini səlis danışıq və yazı qabiliyyəti;
• Ünsiyyət qurma bacarığı, səlis danışıq qabiliyyəti olmalı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Müvafiq sahədə ən az 1 illik iş təcrübəsinə sahib olmaq.

İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

İş qrafiki: 08:30 - 17:30 (5 günlük iş qrafiki). Ünvan – Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi

Tərcümeyi-halınızı 15 iyun 2021-ci il tarixindən gec olmamaq şərti ilə [email protected] elektron ünvanına subject/mövzu hissəsində “Texniki dəstək üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.

Master Builders Solutions Azerbaijan
Əlaqə üçün nömrə: +99451 250 27 00
#MasterBuildersSolutionsAzerbaijan #bizdənbiriol

Master Builders Solutions Azerbaijan tərəfindən digər vakansiyalar