Audit

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 28.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Ali iqtisadi təhsil
• Audit sahəsində minimum 3 il iş təcrübəsi.
• Riyazi təhliletmə və analitik hesablama qabiliyyəti
• MS Office,Word, Excel, Power point, 1C proqramlarından istifadə bacarığı
• Audit yoxlamalarının keçirilməsi qaydaları haqqında ümumi biliklər;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət;

Vəzifələr

1. Planlar əsasında Audit yoxlamalarını həyata keçirmək;
2. Audit yoxlamaları sayəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərintətbiq edilməsinə dair rəy bildirmək;
3. Şirkətdə aparılan qabaqçıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək;
4. Dövri olaraq audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabat və rəy hazırlamaq;
5. Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək;
6. Şirkətdə risk idarəedilməsinin inkişafına dair inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərinin aparılması qaydasına rəy vermək;
7. Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq;
8. Mənimsəmə saxtakarıq hadisələrinin araşdırılmasında şöbənin adından iştirak etmək;
9. Şirkətin aylıq, rüblük, illik hesabatlarını yoxlamaq
10. Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;

İş qrafiki: həftənin 6 günü, saat 9:00-dan 18:00-dək,şənbə günü 9:00-dan 13:00-dək

Müraciət etdiyiniz vəzifənin adını [email protected] email-in mövzu hissəsində “Audit” şəklində göstərməyiniz xahiş olunur. Uyğun namizədlər müsabiqəyə dəvət olunacaq.

İşəgötürənin reytinqi