Kiçik Mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Ödəniş tapşırıqlarını tərtib edib, vaxtında banka təqdim etmək.
- Pul vəsaitlərinin vaxtında və düzgün kapitallaşdırılmasına və silinməsinə, kassa və digər pul hesabatlarının hazırlanmasına nəzarət etmək.
- Müqavilələr üzrə ödənişləri hesablamaq.
- Mühasibat uçotu sənədlərinin toplanmasını təmin etmək.
- Mühasibat sənədlərini arxivə təhvil vermək üçün tərtib etmək.
- İnventarizasiyanın aparılmasında iştirak etmək.
- Debitor və kreditor borcların uçotunun aparılması.
- Banklarla və digər orqanlarla hesablaşmalar.
- Mühasibin sərəncam və əmrlərini yerinə yetirmək.
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;

Namizədə tələblər:

• Ali təhsil
• Kompüter bilikləri: Microsoft Office əla səviyyədə (xüsusilə Excel proqramı üzrə güclü biliklər)
• Müsahibatlıq üzrə iş təcrübəsi ( 1 ildən-3 ilə qədər)
• Vergi və Əmək Məcəlləsi üzrə biliklər
• 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi
• Beynəlxalq Mühasibatlıq standartlarını bilməsi arzuolunandır;
• Mükəmməl Azərbaycan dili, Rus dili yaxşı səviyyədə, istifadə dərəcəsində ingilis dili bilikləri;
• Əla ünsiyyət bacarıqları;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik

İş şəraiti:

• Həftədə 5 gün, 09:00-dan 18:00-dək
• Əmək haqqı müsahibə əsasında

Müraciət etdiyiniz vəzifənin [email protected] ünvanına mövzu hissəsində ( Kiçik mühasib ) göstərin. Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq.

Financial Chain Corporation LLC tərəfindən digər vakansiyalar