Lombard üzrə mütəxəssis

  • Güvənli MMC
  • Elanın qoyulma tarixi: 23.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat

• Müştərilərə kredit məhsulları haqqında məlumat vermək;
• Kredit müraciətlərinin qəbulu və analizi;
• Kreditlərin müvafiq prosedurlara uyğun olaraq rəsmiləşdirilməsi;
• Mütəmadi olaraq aktiv marketinq təbliğatı həyata keçirmək;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
• AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
• Əmək haqqı: 1000 manat (artan maaş) + bonus verilir;
• İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək, şənbə günü: 10:00-dan 16:00-dək

Namizəd üçün tələblər

• Şəhər: Bakı,Quba,Xaçmaz,Gəncə
• Ali təhsilli olmalı (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
• Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Satış bacarığına malik olmaq;
• Əla ünsiyyət qura bilmək;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilində səlis danışmaq (rus dili bilməsi arzuolunandır);
• Bank və lombard sektorunda iş təcrübəsi olanlara üstünlük veriləcək.

Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Qeyd edək ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

CV göndərən zaman mövzu yerində “Lombard üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.