Təchizat üzrə satış təmsilçisi

  • Skhan Group
  • Elanın qoyulma tarixi: 19.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəddən tələblər:

• Yalnız xanım namizədlər
• Ali təhsil (iqtisadi sahədə təhsil alanlara üstünlük veriləcək)
• Yaş həddi: 25-40;
• İş təcrübəsi 1 ildən 3 ilə qədər;
• Məsuliyyətli və nizam-intizamlı olmaq;
• Təchizat və satış sahəsində iş təcrübəsi mütləqdir;
• Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə, İngilis dili arzuolunandır;
• MS Office (Word, Excel, Power point, Outlook), 1C;
• İqtisadiyyat, Menecment, Logistika sahəsində biliklər;
• Təchizat zənciri haqqında ümumi biliklər;
• Yüksək nitq mədəniyyəti, yazılı və şifahi ünsiyyət qurma bacarığı;
• Yaxşı səviyyədə analitik bacarıqlar, danışıqların aparılması, qiymətlərin razılaşdırılması metodlarını və strategiyasını bilməli;
• Yüksək məhsuldarlıq və iri həcmli informasiyalarla işləmə qabiliyyəti olmalı;

İş barədə məlumat:

• Təchizat proseslərinin hazırlanması, yerinə yetirilməsi və icra olunmasının idarə edilməsi;
• Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
• Yerli bazara baxış keçirilməsi;
• Müqavilə və ödəniş sənədlərinin hazırlanması və onlara nəzarətin həyata keçirilməsi;
• Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət edilməsi;
• Alışlara müvafiq rəylərin və təsdiqlərin alınması;
• Alışların 1C proqramında işlənməsi;
• Şirkətin təchizat siyasətinə uyğun təchizatçının seçilməsi;
• Təchizat planına uyğun alışların həyata keçirilməsi;
• Təchizatçılarla danışıqların aparılması, endirimlərin alınması;
• Şirkətin daxili təchizat üzrə sifarişləri təmin etmək;
• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasını hazırlamaq və təhlilini təşkil etmək;
• Yeni müştərilərin axtarışı, potensial müştərilərlə əlaqələrin yaradılması;
• Müştəridən gələn sorğuların dəqiq və vaxtında cavablandırılması;
• Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
• Alınmış mallar və görülmüş işlər barədə hesabatların hazırlanması.

İş şəraiti:

• 5 günlük iş həftəsi, 09:00-18:00
• İstirahət günləri: Şənbə - bazar
• Əmək haqqı: 600 AZN + bonus

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təchizat üzrə Satış Təmsilçisi” qeyd etməklə [email protected] elektron ünvanına göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.