Məhkəmə orqanları ilə iş şöbəsinin hüquqşünası/vəkili

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 17.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Bankın Məhkəmə icraatında olan işlərlə (problemli kreditlər üzrə) bağlı məhkəmə icraçıları, əlaqəli dövlət orqanları ilə əlaqələr yaratmaq
• Ödənilməmiş borcların qaytarılması məsələləri ilə əlaqədar məhkəmə instansiyalarında Bankın maraqlarını təmsil etmək
• İddia ərizələrin,məhkəmə aktlarından şikayətlərin vaxtında hazırlamaq
• İcraatında olan işləri tam nəzəratdə saxlamaq,işlərə dair nəticənin əldə olunması istiqamətində gecikmələrə yol verməmək,icraatında olan işlərdən tam məlumatlı olmaq;
• Bankda keçirilən iclaslarda və müşavirələrdə iştirak etmək
• Məlumatlar bazasını hazırlamaq – görülmüş işlər haqqında məlumatları müvafiq bazaya daxil etmək
• Qüvvədə olan qanunvericiliyi düzgün tətbiq etmək və təyin olunmuş qaydada kargüzarlıq aparmaq
• Verilmiş etibarnaməyə müvafiq surətdə öz səlahiyyətləri çərçivəsində Bankın adından müqavilə bağlamaq

Tələblər:

Təhsil və kvalifiksaiyalar
• Ali təhsil

Təcrübə
• Bank sahəsində ən azı 6 ay iş təcrübəsi

Peşəkar bilik və bacarıqlar
• Strateji və analitik düşüncə tərzi;
• Təşəbbüskarlıq və yaradıcılıq xüsusiyyəti;
• Kollektivdə işləmək bacarığı və istəyi;
• Yaxşı təşkilati keyfiyyətləri;
• Mükəmməl məsuliyyət hissi;
• Azərbaycan dili biliyi, rus dili biliyinə üstünlük verilir;
• Kompüter savadı (eləcə də Microsoft Word, Excel, PowerPoint, Outlook proqramlarını bilmək).

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
• Könüllü tibbi sığorta proqramına qoşulma
• Yığım sığortasına qoşulma imkanı
• Müasir idarəetmə sistemi və mehriban kollektiv

Tələblərə cavab verdiyiniz halda, elektron poçtun “mövzu” yerinə “MOİŞ _ hüquqşünas/vəkil” qeyd etməklə [email protected] ünvanına 15.06.2021-ci il tarixinədək mürəciət etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi